"Report": Dolların məzənnəsi 1,49 AZN/USD-dən aşağı düşəcək

"Report": Dolların məzənnəsi 1,49 AZN/USD-dən aşağı düşəcək Manatın sabah üçün 0,24% möhkəmlənməsi gözlənilir
Maliyyə
24 May , 2016 15:14
Report: Dolların məzənnəsi 1,49 AZN/USD-dən aşağı düşəcək

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının mayın 25-nə rəsmi məzənnəsini 1,4893 AZN/USD səviyyəsində təsdiq edəcəyi gözlənilir.

"Report"un məlumatına görə, bu, mayın 24-na nisbətən məzənnənin 0,24% azalması deməkdir.

Xatırladaq ki, bu gün keçirilən valyuta hərracında satışa çıxarılan 50 mln. dolların hamısı 14 kommersiya bankına satılıb.

Qeyd edək ki, dolların bugünkü rəsmi məzənnəsi 1,4929 AZN/USD təşkil edir.

Son xəbərlər

Orphus sistemi