Yuxarı
    Bağlamaq

    ​"Report": Dollar kəskin ucuzlaşa bilər - PROQNOZ

    Avro/dollar məzənnəsi bu il 1,22 USD/EUR-a qədər arta bilər

    Bakı. 17 mart. REPORT.AZ/ Dünya maliyyə sistemi ABŞ Federal Ehtiyat Sisteminin (FES) martın 17-18-də keçiriləcək iclasın sabah açıqlanacaq yekununu gözləyir. İclasda ABŞ dollarının 2015-ci il üçün taleyi həll olunacaq. "Report"un verdiyi xəbərə görə, FES martın 18-də ABŞ-da uçot dərəcəsinin artırılması tarixini açıqlayacaq.

    FES-in rəhbəri xanım Canet Yallen uzun zamandır faizləri artırmaq istəsə də, ABŞ-da inflyasiyanın hədəfə - 2% səviyyəsinə cata bilməməsindən, yəni iqtisadiyyatın hələ zəif artım göstərdiyinə görə, bu qərarı qəbul etməyib. Lakin buna baxmayaraq, ABŞ-da son bir ildə ayda 200 min yeni iş yeri açılır və bu çox müsbət tendensiyadır, nəticədə işsizlik 5,4%-ə düşüb.

    Bütün bu göstəricilər fonunda FES-in uçot dərəcəsini iyun və ya sentyabrda keçiriləcək iclasdan sonra artıracağı dilemması hökm sürür. Sabahkı toplantıda da məhz buna aydınlığın gətiriləcəyi gözlənilir.

    "JP Morgan Chase" bankının iqtisadi təhlilçilərinin sözlərinə görə, FES-in bu həftə inflyasiya proqnozunu azalma istiqamətində dəyişəcəyi ehtimal edilir. ÜDM-in zəif artım tempi, aşağı inflyasiya və dolların məzənnəsinin artması uçot dərəcəsinin artırılması fikrini yaxın gələcəkdə şübhə altına alır. Sabahkı iclasda uçot dərəcəsinin ilk artımdan sonra necə dəyişəcəyi də məlum olacaq. Belə ki, iyun və ya sentyabr ayında dərəcə artırıldıqdan sonra növbəti artım gələn il və ya iki il sonra olacaqsa, ABŞ dolları digər valyutalar qarşısında kəskin şəkildə ucuzlaşa bilər. Belə olan halda, avro/dollar məzənnəsi bu il ərzində 1,22 USD/EUR, mart ayında isə 1,10 USD/EUR səviyyəsinə çata bilər.

    "Report"un analitik qrupu hesab edir ki, bu proses Azərbaycanda dolların cari məzənnəsinə ciddi təsir etməsə də, avronun rəsmi məzənnəsi dünya bazarındakı vəziyyətə adekvat şəkildə arta bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi