Yuxarı

​"Report": Dekabrın 28-də rəsmi məzənnə 1,5556 AZN/USD-yə çata bilər - PROQNOZ

Valyutadəyişmə məntəqələrində alış-satış məzənnəsinin marjası tədricən daralır

Bakı. 25 dekabr. REPORT.AZ/ "Report" agentliyinin analitik qrupu Bakı şəhərinin mərkəzi hissəsində yerləşən valyutadəyişmə məntəqələrində nağd valyutanın alış-satış məzənnəsi üzrə növbəti monitorinq keçirib.

Valyutadəyişmə məntəqələrindən verilən məlumata görə, bu gün, axşam saatlarına doğru valyuta bazarında alıcılar üstünlük təşkil edib: "Dolların ən yaxsı alış məzənnəsi 1,5700 AZN/USD, ən yaxşı satış məzənnəsi isə 1,5730 AZN/USD olub".

Qeyd edək ki, bu məzənnə dekabrın 24-də olan ən yaxşı alış-satış məzənnəsi ilə demək olar ki, eynidir. Valyutadəyişmə məntəqələrinin əməkdaşları məzənnənin getdikcə öz yerini tapdığını, alış və satış arasındakı marjanın daraldığını bildiriblər. Onlar Mərkəzi Bankın rəsmi məzənnəsindəki artım davam edəcəyi təqdirdə gələn həftə valyuta bazarında məzənnənin artacağını qeyd ediblər. Məlumat üçün bildirək ki, bu gün Azərbaycan Mərkəzi Bankı valyuta bazarında 80 mln. dollarlıq satış həyata keçirib.

"Report"un analitik qrupunun apardığı hesablamalara görə, bazarda hər hansı inzibati müdaxilə baş verməsə, artıq dekabrın 28-də rəsmi məzənnənin daha 0,1% artaraq 1,5556 AZN/USD-yə çatması gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi