"Report": Bu ilin son 2 həftəsi maliyyə bazarları üçün volatil keçə bilər

"Report": Bu ilin son 2 həftəsi maliyyə bazarları üçün volatil keçə bilər Dolların möhkəmlənməsi, qızılın və fond indekslərinin ucuzlaşması gözlənilir
Maliyyə
16 Dekabr , 2017 12:24
Report: Bu ilin son 2 həftəsi maliyyə bazarları üçün volatil keçə bilər

Bakı. 16 dekabr. REPORT.AZ/ 2017-ci ilin son iki həftəsi maliyyə bazarları üçün volatil keçə bilər. "Report"un analitik qrupu bildirir ki, bəzi aktivlərin qiyməti il ərzində həddindən artıq yüksəldiyindən investisiya fondları öz mənfəətlərini reallaşdırmaq üçün bu aktivlərin satışına başlaya bilər.

Analitik qrup qiyməti həddindən artıq yüksələn aktivlər arasında avro, qızıl, funt sterlinq, ABŞ fond birjaları, Avropa fond birjaları, Türkiyə fond birjasını xüsusi qeyd edir. Xatırladaq ki, bu həftə ABŞ Konqresində vergi islahatları ilə bağlı qanun layihəsi üzrə son səsvermə keçirildikdən sonra sənəd imzalanmaq üçün Prezidentə təqdim olunacaq. Daha öncə, Senat və Nümayəndələr Palatasında təsdiqlənən layihədə mənfəət vergisinin 35%-dən 21%-ə endirilməsi nəzərdə tutulub.

Analitiklər vergi islahatları qanununun Konqresdən rahatlıqla keçəcəyini, bu xəbərin dolların məzənnəsini yüksəldəcəyini, ABŞ və digər ölkələrin fond birjalarının isə düşməsinə səbəb olacağını ehtimal edir. Hazırda ilin əvvəli ilə müqayisədə 9% baha satılan qızılın qiymətinin isə FED-in faiz artırmağa davam etməsi fonunda ucuzlaşacağı proqnozlaşdırılır.

Analitik qrup USD/EUR məzənnəsinin 1,14, USD/GBP-nin 1,28, qızılın 1 200 dollar/unsiya, fond birjalarının isə 10% ucuzlaşa biləcəyini bildirir.

Son xəbərlər

Orphus sistemi