"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5

"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5 Bu həftə Türkiyə də daxil olmaqla 5 əsas ölkədə mərkəzi bankların iclası keçiriləcək
Maliyyə
11 Dekabr , 2017 10:05
Report: Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5

Bakı. 11 dekabr. REPORT.AZ/ Qlobal maliyyə bazarları üçün 11-15 dekabr həftəsinin ən vacib qlobal iqtisadi xəbərləri ABŞ, avrozona, Böyük Britaniya, İsveçrə və Çində açıqlanacaq.

"Report"un analitik qrupu həftənin dünya maliyyə bazarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbəri müəyyənləşdirib:

1) Dekabrı13-də Bakı vaxtı ilə saat 23:00-da ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti iclasının nəticələrini açıqlayacaq. Ümumi konsensusa əsasən, uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 1,25-1,50% diapazonuna çatıdırılması gözlənilir. Bundan 30 dəqiqə sonra FED rəhbəri Canet Yellenin uçot dərəcəsinin perspektivləri barədə açıqlamaları olacaq. Həmçinin, həftə ərzində inflyasiya, pərakəndə satışın həcmi, sənaye istehsalının həcmi kimi önəmli göstəricilər açıqlanacaq;

2) Dekabrın 14-də Avropa Mərkəzi Bankı (ECB) Bakı vaxtı ilə saat 16:45-də uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Analitiklər ECB-dən dəyişiklik gözləmirlər. Əsas diqqət iclasdan sonra Mario Draginin ECB-nin gələcək planları barədə açıqlamalarında olacaq. Həmçinin, həftə ərzində avrozona üzrə noyabr ayının işgüzar fəallıq və iqtisadi əhval-ruhiyyə indeksi açıqlanacaq;

3) Dekabrın 14-də Bakı vaxtı ilə saat 16:00-da Böyük Britaniya Mərkəzi Bankı (BoE) monetar siyasətlə bağlı növbəti iclasını keçirəcək. Analitiklər iclasda BoE-nin uçot dərəcəsini dəyişdirməsini gözləmirlər. Həmçinin, həftə ərzində Böyük Britaniyada inflyasiya, işsizlik, pərakəndə satışın həcmi kimi göstəricilər açıqlanacaq;

4) Dekabrın 14-də Bakı vaxtı ilə saat 12:30-da İsveçrə Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Analitiklər uçot dərəcəsinin -0,75% səviyyəsində sabit qalacağını proqnozlaşdırırlar;

5) Dekabrın 14-də Bakı vaxtı ilə saat 06:00-da Çində sənaye istehsalı indeksi, əsas kapitala investisiyalar, pərakəndə satışın həcmi, əmlak qiymətləri indeksi və kreditləşmə göstəricisi açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi