"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5

"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5 Əsas diqqət Çin Kommunist Partiyasının qurultayında olacaq
Maliyyə
16 Oktyabr , 2017 10:20
Report: Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu həftənin ən vacib qlobal iqtisadi xəbərləri ABŞ, avrozona, Böyük Britaniya və Çində açıqlanacaq.

"Report"un analitik qrupu həftənin dünya maliyyə bazarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbəri müəyyənləşdirib:

1) Həftə ərzində Dallas FED-in sədri Robert Kaplan, Nyu-York FED-in rəhbəri Uilyam Dadli (William Dudley), Filadelfiya FED-in rəhbəri Patrik Harker (Patrick Harker), Kanzas-Siti FED-in rəhbəri Ester Corc (Esther George) və Klivlend FED-in sədri Loretta Mesterin çıxışları olacaq. Xatırladaq ki, dünənki çıxışında FED rəhbəri Cannet Yellen ABŞ-da uçot dərəcəsinin artırılması zərurətini açıqlayıb;

2) Oktyabrın 18-də Bakı vaxtı ilə saat 16:30-da ABŞ Ticarət Nazirliyi tərəfindən sentyabr ayının yeni tikililərin sayı və icazə göstəricisi açıqlanacaq. Konsensus-proqnoza əsasən, bu göstəricinin sentyabrda 2,9% azalaraq 1,174 mln. ədəd olması gözlənilir. Bu həftə ABŞ-dan maliyyə bazarlarına ciddi təsir edəcək önəmli iqtisadi göstəricilər açıqlanmayacaq. Əsas diqqət isə yeni vergi islahatları paketinin açıqlanmasına yönələcək;

3) Oktyabrın 18-də Bakı vaxtı ilə saat 12:10-da Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Mario Draginin Frankfurtda ECB-nin konfransının açılışında çıxış etməsi gözlənilir. Bu çıxışda investorlar ECB-nin monetar ekspansiyanı hansı həcmdə və hansı tarixdən etibarən azaltmağa başlayacağı barədə açıqlamaları izləyəcəklər;

4) Oktyabrın 17-də Böyük Britaniyanın sentyabr ayının inflyasiya göstəricisi açıqlanacaq. Analitiklər inflyasiyanın son 5 ilin maksimal həddi olan 3%-ə yüksəlməsini proqnozlaşdırır. Belə olarsa, İngiltərə Mərkəzi Bankının uçot dərəcəsini artırma ehtimalları yüksələcək və bu, funt sterlinqin məzənnəsini artıracaq;

5) Oktyabrın 19-da saat 06:00-da Çində III rübün ÜDM göstəricisi açıqlanacaq. Ekspertlər ÜDM-in 6,8% artacağını proqnozlaşdırırlar. Bu göstərici ilə yanaşı sentyabr ayı üzrə sənaye istehsalı, əsas kapitala investisiyalar və pərakəndə satışın həcmi açıqlanacaq. Oktyabrın 18-də Çin Kommunist Partiyasının qurultayı keçirilək. İnvestorlar 5 ildən bir keçirilən bu tədbirdə qəbul olunan qərarları diqqətlə izləyəcəklər.

Son xəbərlər

Orphus sistemi