"Report": Bu gün nağd dolların məzənnəsi düşə bilər

"Report": Bu gün nağd dolların məzənnəsi düşə bilər Azərbaycan Mərkəzi Bankı bu gün valyuta hərracı keçirəcək
Maliyyə
7 Yanvar , 2016 11:42
Report: Bu gün nağd dolların məzənnəsi düşə bilər

Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün, yanvarın 7-si saat 11:45-də banklararası mütəşəkkil valyuta bazarında valyuta hərracı keçirməsi gözlənilir. 

"Report" xəbər verir ki, AMB dekabrın 21-dən "üzən məzənnə" rejiminə keçdikdən sonra valyutanı banklara hərraclar vasitəsilə satmağa başlayıb. Dünən, yanvarın 6-da isə AMB, ilk dəfə hərracı təxirə salıb. Bundan dərhal sonra daxili bazarda nağd dolların alış-satış məzənnəsi 1,63-1,64 AZN/USD-dən 1,65-1,70 AZN/USD-yə yüksəlib. 

"Report"un analitik qrupu hesab edir ki, bugünkü hərracdan sonra alış-satış məzənnəsinin yenidən azalacağı və 1,63-1,66 AZN/USD-yə düşməsi mümkündür. 

Qeyd edək ki, yanvarın 11-dən etibarən banklararası bazarda Azərbaycan Dövlət Neft Fondu valyuta satışına başlayacaq.

Son xəbərlər

Orphus sistemi