"Report": Bank əmanətləri 20-25% artacaq

"Report": Bank əmanətləri 20-25% artacaq Yeni qərarlar əmanətçilərin banklara etimadının artmasına səbəb olacaq
Maliyyə
4 Fevral , 2016 11:42
Report: Bank əmanətləri 20-25% artacaq

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan əhalisinin bank sektorunda yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2015-ci ilin dekabr ayı ərzində 2 384,4 mln. manat və ya 33,63% artaraq 2016-cı il yanvarın 1-nə 9 473,9 mln. manat təşkil edib. 

"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, keçən ilin əvvəli iilə müqayisədə isə əmanətlərin həcmi 2 285,6 mln. manat və ya 31,8% artıb. 

Qeyd edək ki, əhalinin əmanətlərindəki artımın səbəbi xarici valyutada olan əmanətlərin dekabrda baş verən devalvasiyadan sonra manat ekvivalentində dəyərinin artması ilə bağlıdır.

"Report"un analitik qrupu hesab edir ki, yaxın günlərdə əmanətlərin tam sığortalanması və əmanət dividendlərinin gəlir vergisindən azad olunması ilə bağlı təsdiqi gözlənilən qərarlar bank əmanətlərinin daha 20-25% artmasına və 12 mlrd. manata qədər yüksəlməsinə səbəb olacağı ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi