"Report": Azərbaycanın builki tədiyyə balansı da profisitlə tamamlanacaq

"Report": Azərbaycanın builki tədiyyə balansı da profisitlə tamamlanacaq Ötən il tədiyyə balansının mənfi saldosu illik müqayisədə 21 dəfə azalıb
Maliyyə
3 Aprel , 2017 14:17
Report: Azərbaycanın builki tədiyyə balansı da profisitlə tamamlanacaq
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanın tədiyyə balansı 2016-cı ilin son rübündə 650,965 mln. ABŞ dolları həcmində profisitlə tamamlanıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2016-cı ilin ilk rübündə 1 270,780 mln. dollar mənfi saldoyla tamamlanan tədiyyə balansında, II rübdə 18,1 mln. dollarlıq profisit, III rübdə 62,48 mln. dollarlıq profisit qeydə alınıb. Nəticədə, Azərbaycanın 2016-cı ildə tədiyyə balansı 539,235 mln. dollar kəsirlə yekunlaşıb. Qeyd edək ki, bu, 2015-ci ilin sonunda qeydə alınan mənfi saldodan 21 dəfə azdır.

"Report"un analitik qrupu bildirir ki, tədiyyə balansında mənfi saldonun minimum səviyyəyə endirilməsi Azərbaycanda dolların məzənnəsinin sabitliyinə gətirib çıxaracaq. Bununla yanaşı, AMB tərəfindən görülən sterilizasiya əməliyyatları və neft qiymətlərinin 50 dollar/bareldən yuxarı səviyyədə qalması tədiyyə balansının 2017-ci ildə də profisitlə tamamlanmasına imkan verəcək. Bu da öz növbəsində Azərbaycanın kredit reytinqinin artırılmasına əsas verəcək.

Son xəbərlər

Orphus sistemi