Yuxarı
    Bağlamaq

    "Report": Azərbaycan bank sektorunun aktivləri daha 10-15% artacaq

    Ötən il ərzində isə bank aktivlərinin həcmi 39% artıb

    Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan bank sektorunun məcmu aktivləri 2015-ci ilin dekabr ayında 6 360,1 mln. manat və ya 22,35% artaraq 2016-cı il yanvarın 1-nə 34 906 mln. manat təşkil edib.

    "Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, keçən ilin əvvəlinə nisbətən aktivlərin həcmi 9 723,5 mln. manat və ya 38,61% artıb. 

    "Report"un analitik qrupu dekabr ayında bank sektorunun aktivlərində baş verən kəskin artımı dekabrın 21-də həyata keçirilən milli valyutanın 48%-lik  devalvasiyası ilə əsaslandırıb. Xarici valyutada olan kredit və əmanətlərin manat ekvivalentində artmasına səbəb olub.

    "Report" hesab edir ki, yaxın günlərdə əmanətlərin tam sığortalanması və əmanət dividendlərinin gəlir vergisindən azad olunması ilə bağlı təsdiqi gözlənilən qərarlar bank sektorunun aktivlərini daha 10-15% artıraraq 40 mlrd. manata çatdıracaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi