​Regional direktor: "EBRD-nin yerli kapital bazarında iştirakı hər iki tərəf üçün faydalı olacaq"

​Regional direktor: "EBRD-nin yerli kapital bazarında iştirakı hər iki tərəf üçün faydalı olacaq" QKDK-da Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Maliyyə
29 Yanvar , 2016 18:15
​Regional direktor: EBRD-nin yerli kapital bazarında iştirakı hər iki tərəf üçün faydalı olacaq

Bakı. 29 yanvar. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nümayəndə heyəti ilə görüş keçirilib.

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, QKDK sədri Rüfət Aslanlı Azərbaycanın beynəlxalq maliyyə institutları ilə uğurla əməkdaşlıq etdiyini, həmçinin EBRD ilə də çoxşaxəli səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğunu diqqətə çatdırıb. Komitə sədri bazara yeni maliyyə alətlərinin təqdim olunduğunu qeyd edib.

EBRD-nin Qafqaz, Moldova və Belarus üzrə regional direktoru Bruno Balvanera Bankın daima qeyri-neft və özəl sektorun inkişafına dəstək verdiyini, dünya iqtisadiyyatında baş verən son proseslər fonunda Azərbaycanın qiymətli kağızlar bazarının yeni mərhələyə qədəm qoyacağına inamını ifadə edib.

Regional direktor kapital bazarlarının inkişafı strategiyasının ölkədə qeyri-neft sektorunun gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətin bir hissəsi olduğunu diqqətə çatdırıb. B.Balvanera EBRD-nin yerli kapital bazarında iştirak etməsinin hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.

Sonda QKDK ilə EBRD-nin əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, qiymətli kağızlar sektorunun üzləşdiyi yeni çağırışlar və tərəfləri maraqlandıran digər istiqamətlər üzrə məsələlərə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi