Real effektiv məzənnə noyabrda azalma göstərib

Real effektiv məzənnə noyabrda azalma göstərib "Report" manatın real effektiv məzənnəsinin dekabrda yüksəlişə keçəcəyini proqnozlaşdırır
Maliyyə
13 Yanvar , 2017 14:19
Real effektiv məzənnə noyabrda azalma göstərib

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan manatının real effektiv məzənnəsi 2016-cı il dekabr ayının 1-nə 90,3 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, noyabrın 1-nə olan göstərici ilə müqayisədə 0,9 bənd aşağıdır. 

Ötən ilin əvvəlinə olan göstərici ilə müqayisədə real effektiv məzənnə 19,7 bənd, əvvəlki ilin analoji dövrü ilə müqayisədə isə 32,8 bənd azalıb. Qeyd edək ki, real effektiv məzənnə 2000-ci ilin dekabrında 100 bənd qəbul edilərək hesablanmağa başlanılıb. Onun ən aşağı həddi (74,2 bənd) 2004-cü ildə qeydə alınıb.

Real effektiv məzənnənin artması manatın dəyərinin ticarət tərəfdaşı olan ölkələrin valyutaları ilə müqayisədə bahalaşması deməkdir. Bu da oz növbəsində ölkədən ixracın zəifləməsi və idxalın daha ucuz qiymətə həyata keçirilməsinə gətirib çıxarır. "Report"un analitik qrupu Türk lirəsi və Çin yuanının devalvasiyası səbəbindən manatın real effektiv məzənnəsinin dekabr ayında yenidən yüksəlişə keçəcəyini proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi