“Rabitəbank” və “Bank Respublika” birləşə bilər - YENİLƏNİB

“Rabitəbank” və “Bank Respublika” birləşə bilər - YENİLƏNİB İki bank arasında mümkün konsolidasiyaya dair danışıqlar aparılır
Maliyyə
16 Oktyabr , 2017 12:17
“Rabitəbank” və “Bank Respublika” birləşə bilər - YENİLƏNİB

İlk xəbər saat 12:04-də verilib

Bakı. 16 oktyabr. REPORT.AZ/ "Rabitəbank" və "Bank Respublika” ASC-lər arasında mümkün konsolidasiyaya dair danışıqlara başlanılıb.

Bu barədə “Report”a bank dairələrindən məlumat verilib.

Bununla belə, hələ ki, konsolidasiyanın hansı formada olacağı, yəni, banklardan birinin digərinə birləşəcəyi və yaxud iki bankın birləşməsi ilə bazara yeni ad altında bankın daxil olacağı məlum deyil.

Xatırladaq ki, bir qədər əvvəl adları çəkilən banklar bankomat şəbəkəsini birləşdirib və müştərilərinə bir-birinin bankomatlarından komissiyasız istifadə etmək imkanı yaradıb. 

“Report” məsələ ilə bağlı banklarla əlaqə saxlayıb. "Bank Respublika"dan bununla bağlı məlumat olmadığı bildirilib. "Rabitəbank"dan isə bildirilib ki, indiyə qədər müxtəlif kredit təşkilatları ilə konsolidasiyaya dair müzakirələr aparılıb, amma heç bir maliyyə qurumu ilə yekun razılıq əldə olunmayıb: "Maliyyə bazarında konsolidasiya proseslerinin aktiv olması məqsədi ilə hər zaman müxtəlif səpkidə danışıqlar aparmışıq, lakin bu günə hər hansı maliyyə institutu ilə yekun qərarımız mövcud deyil". 

Son xəbərlər

Orphus sistemi