Yuxarı

"Rabitəbank" rebrendinqə hazırlaşır - ƏLAVƏ OLUNUB

"Rabitəbank" rebrendinqə hazırlaşır - ƏLAVƏ OLUNUB

119

Zakir Nuriyev: Banka nəzarət məndə qalacaq

İlk xəbər saat 16:31-də verilib

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanın "Rabitəbank" ASC yaxın iki ildə rebrendinqini həyata keçirəcək.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, rebrendinq işləri 2018-2019-cu illərdə həyata keçiriləcək.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 88 500 069,82 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 20,29 manat olan 4 361 758 ədəd yeni səhm əsasında formalaşıb. Səhmlərin 22,5%-i Rauf Zeynal oğlu Əliyevə (“Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı), 22,2%-i Validə Maarif qızı Abasovaya, qalan 43,7%-i isə Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), Aslan Tarqulu oğlu Xasiyevə (Müşahidə Şurasının üzvü), Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), Dilarə Nəsrəddin qızı Nuriyevaya, Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta"nın 15%-lik səhmdarı), eləcə də digər fiziki şəxslərə məxsusdur.

***

Bununla yanaşı Z.Nuriyev qeyd edib ki, Bankın İdarə Heyətində yeni sədr müavinləri və baş direktor vəzifələri yaradılıb.

Onun sözlərinə görə, “Rabitəbank” kreditləşmənin məbləğini təxminən 2 dəfə artırmaq niyyətindədir və həmin struktur dəyişiklikləri buna hesablanıb.

Z.Nuriyev rəhbərlik etdiyi Bankın nizamnamə kapitalının artırılması barədə də danışıb və bu prosesin yekununda kredit təşkilatına nəzarətin onda qalacağını deyib: “2017-ci ildə “Rabitəbank”dan pay almış şəxslər əlavə vəsait qoyuluşu həyata keçirir. Səhmdarların pay bölgüsündə dəyişiklik olacaq, amma dolayı yolla, yəni əlaqəli şəxslərlə birlikdə Banka nəzarət məndə qalacaq”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi