”Rabitəbank” nizamnamə kapitalını artırır

”Rabitəbank” nizamnamə kapitalını artırır Bank səhmdarları növbədənkənar toplaşacaq
Maliyyə
10 İyun , 2017 09:55
”Rabitəbank” nizamnamə kapitalını artırır

Bakı. 10 iyun. REPORT.AZ/ ”Rabitəbank” ASC Müşahidə Şurasının qərarına əsasən, 2017-ci il iyulun 14-də bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" bu barədə banka istinadən xəbər verir.

Növbədənkənar iclasın keçirilməsi Bakı şəhəri, 28 May küçəsi, 33 nömrəli ünvanda yerləşən bankın inzibati binasında saat 17:00-a təyin edilib.

Yığıncağın gündəliyinə "Rabitəbank" ASC-nin nizamnamə kapitalının artırılması məqsədilə səhmlərin əlavə emissiyasının həyata keçirilməsi, bununla əlaqədar nizamnaməyə dəyişiklik edilməsi və dəyişiklik layihəsinin təsdiq olunması, dəyişikliyin dövlət qeydiyyatına alınmasının həvalə edilməsi və cari məsələlər daxildir.

Son xəbərlər

Orphus sistemi