“Rabitəbank” nizamnamə kapitalını artıracaq

“Rabitəbank” nizamnamə kapitalını artıracaq Bakı. 15 mart. REPORT.AZ/ “Rabitəbank” ASC-nin nizamnamə kapitalının artırılması məsələsi gündəmdədir.Bu barədə “Report”a açıqlamasında Bankın İdar...
Maliyyə
15 Mart , 2017 11:51
“Rabitəbank” nizamnamə kapitalını artıracaq

Bakı. 15 mart. REPORT.AZ/ “Rabitəbank” ASC-nin nizamnamə kapitalının artırılması məsələsi gündəmdədir.

Bu barədə “Report”a açıqlamasında Bankın İdarə Heyətinin (İH) sədri Elçin Qədimov məlumat verib.

Xatırladaq ki, “Rabitəbank”ın səhmdarlarının ötən il avqustun 16-da keçirilmiş növbədənkənar ümumi yığıncağnda Bankın nizamnamə kapitalının 5 mln. manat və yaxud 10,3% artırılaraq 53,5 mln. manata çatdırılmasına qərar verilib. Lakin, hələ ki, bu istiqamətdə hər hansı addım atılmayıb.

“Səhmdarlar bu il bu məsələnin üzərinə yenidən qayıdacaqlar”, - deyə E.Qədimov qeyd edib.

İH sədrinin sözlərinə görə, kapital artımı “Rabitəbank”ın mövcud səhmdarlarının hesabına həyata keçiriləcək: “Yeni səhmdar cəlb etməyə ehtiyacımız yoxdur”.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 48,5 mln. manatdır. Bankın səhmlərinin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta" ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə digər fiziki şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi