​"Rabitəbank" kapitalını artırır

​"Rabitəbank" kapitalını artırır Avqustda Bankın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə
29 İyun , 2016 09:47
​Rabitəbank kapitalını artırır

Bakı. 29 iyun. REPORT.AZ/ Avqustun 16-da "Rabitəbank" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Bununla bağlı qərar Bankın Müşahidə Şurası tərəfindən qəbul edilib.

"Report" xəbər verir ki, yığıncaq "Rabitəbank"ın baş ofisində (Bakı şəhəri, 28 May küçəsi,33) baş tutacaq. Yığıncağın gündəliyinə Bank tərəfindən yeni səhm emissiyasının həyata keçirilməsi və cari məsələlər daxildir.

Son xəbərlər

Orphus sistemi