"Rabitəbank" kapitalını 10% artırır

"Rabitəbank" kapitalını 10% artırır Bu, əlavə səhm emissiyası hesabına həyata keçiriləcək
Maliyyə
19 Avqust , 2016 12:05
Rabitəbank kapitalını 10% artırır

Bakı. 19 avqust. REPORT.AZ/ "Rabitəbank" ASC-nin nizamnamə kapitalı 5 mln. manat və ya 10,3% artırılacaq. "Report"un əldə etdiyi məlumata görə, bununla bağlı qərar Bankın səhmdarlarının keçirilmiş son növbədənkənar ümumi yığıncağında qəbul edilib.

Kapital artımı əlavə səhm emissiyası hesabına reallaşdırılacaq. Yeni səhmləri "Rabitəbank"ın mövcud səhmdarları alacaqlar. Yəni, Banka əlavə səhmdarın cəlb edilməsi nəzərdə tutulmayıb.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 48 500 059,47 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 20,29 manat olan 2 390 343 səhm əsasında formalaşıb.

Səhmlərin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə, 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta" ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə digər fiziki şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi