"Rabitəbank"ın qeyri-faiz gəlirləri kəskin artıb

"Rabitəbank"ın qeyri-faiz gəlirləri kəskin artıb Bank ötən ili 3,2 mln. mənfəətlə başa vurub
Maliyyə
21 Yanvar , 2016 16:43
Rabitəbankın qeyri-faiz gəlirləri kəskin artıb

Bakı. 21 yanvar. REPORT.AZ/ "Rabitəbank" ASC 2015-ci ildə 2,3 mln. manat həcmində xalis mənfəət əldə edib. "Report"un verdiyi xəbərə görə, bu, illik müqayisədə 26,0% azalma deməkdir.

Hesabat ilində Bankın gəlirləri 0,9% artaraq 52,5 mln. manatdan 53,0 mln. manata yüksəlib. Faiz gəlirləri 19,1% azalaraq 36,9 mln. manat, qeyri-faiz gəlirləri 2,3 dəfə artaraq 16,2 mln. manat təşkil edib. Xərclər 3,2% artaraq 48,2 mln. manatdan 49,8 mln. manata çatıb. Faiz xərcləri 21,4% artaraq 15,5 mln. manat, qeyri-faiz xərcləri 3,3% azalaraq 34,3 mln. manat olub.

"Rabitəbank" ötən il 3,2 mln. manat mənfəət (vergidən əvvəl) əldə edib ki, bu da əvvəlki illə müqayisədə 25% azdır. 

Qeyd edək ki, cari il yanvarın 1-nə Bankın nizamnamə kapitalı 48,5 mln. manat, məcmu kapitalı 67,3 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi