“Rabitəbank”ın mənfəəti kəskin artıb

“Rabitəbank”ın mənfəəti kəskin artıb “Rabitəbank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 717,955 milyon manat təşkil edib.
Maliyyə
25 Aprel , 2019 16:59
“Rabitəbank”ın mənfəəti kəskin artıb

“Rabitəbank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 717,955 milyon manat təşkil edib.

“Report” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 8% çoxdur.

“Rabitəbank”ın aktivlərinin 299,129 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə bankın kredit portfeli 41,3% böyüyüb.

Hesabat dövründə “Rabitəbank”ın cəmi öhdəlikləri 8% artaraq 624,733 milyon manat, o cümlədən depozit portfeli 2,9% artaraq 515,532 milyon manata, Bankın cəmi kapitalı isə 7,4% artaraq 93,223 milyon manata çatıb.

Bu ilin I rübündə “Rabitəbank”ın faiz gəlirləri 9,679 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 8,6% çox), faiz xərcləri 2,593 milyon manat (30,1% az), qeyri-faiz gəlirləri 2,082 milyon manat (5,8% az), qeyri-faiz xərcləri 6,292 milyon manat (21,6% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmalar üzrə qənaəti 383 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Son nəticədə Bank rübü 3,258 milyon manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə, təxminən, 32 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi