​"Rabitəbank"ın illik mənfəəti azalıb

​"Rabitəbank"ın illik mənfəəti azalıb Ötən il bankın qeyri-faiz zərəri 3 dəfəyədək artıb
Maliyyə
30 Yanvar , 2015 14:53
​Rabitəbankın illik mənfəəti azalıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycanın "Rabitəbank" ASC-nin 2014-cü il üzrə mənfəəti illik müqayisədə 5,19% azalaraq 3,319 mln. manat təşkil edib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, hesabat ilində bankın gəlirləri 77,07% artaraq 52,544 mln. manata yüksəlib. Faiz gəlirləri 94,80% artaraq 45,563 mln. manat, qeyri-faiz gəlirləri 11,08% artaraq 6,981 mln. manat olub.

Hesabat ilində xərclər 82,94% artaraq 48,231 mln. manata çatıb. Faiz xərcləri 24,97% artaraq 12,759 mln. manat, qeyri-faiz xərcləri 2,2 dəfə artaraq 35,471 mln. manat təşkil edib.

Beləliklə, ötən ili "Rabitəbank" 32,803 mln. manat faiz mənfəəti ilə başa vurub və bu, 2013-cü ilə nisbətən 2,5 dəfə çoxdur. Bankın qeyri-faiz zərəri isə illik müqayisədə 2,9 dəfə artaraq 28,490 mln. manata çatıb.

Son xəbərlər

Orphus sistemi