"Rabitəbank"ın filialı yeni ünvana köçüb

"Rabitəbank"ın filialı yeni ünvana köçüb Yeni ofis iş günlərində 09:00-dan 17:00-dək müştərilərə xidmət göstərir
Maliyyə
31 Mart , 2016 16:18
Rabitəbankın filialı yeni ünvana köçüb

Bakı. 31 mart. REPORT.AZ/ "Rabitəbank" ASC-nin Ağcabədi filialı yeni ofisə köçürülüb. Bu barədə “Report”a Bankdan məlumat verilib.

Bankın ofisi Heydər Əliyev prospekti, 29 ünvanında fəaliyyətini davam etdirir.

Yeni ofis iş günləri çərçivəsində 09:00-dan 17:00-dək, şənbə günləri isə saat 10:00-dan 14:00-dək müştərilərə xidmət göstərir.

Filial müştərilərə istehlak və biznes kreditləri, əmanətlər, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və plastik kartlarla bağlı xidmətlər təklif edir.

Qeyd edək ki, 1993-cü ildə fəaliyyətə başlayan “Rabitabank”ın ümumilikdə 22 filialı və 1 şöbəsi var.

Son xəbərlər

Orphus sistemi