"Rabitəbank"ın baş direktoru işdən çıxıb

"Rabitəbank"ın baş direktoru işdən çıxıb Bankın baş direktorlarının sayı 5-ə düşüb
Maliyyə
22 Avqust , 2016 11:11
Rabitəbankın baş direktoru işdən çıxıb

Bakı. 22 avqust. REPORT.AZ/ "Rabitəbank" ASC-nin baş direktorlarından biri işdən çıxıb. Bankdan "Report"a verilən məlumata görə, söhbət Arif Zeynalovdan gedir.

Onun işdən öz istəyi ilə çıxdığı bildirilir. Bununla da "Rabitəbank"ın baş direktorlarının sayı 5-ə düşüb.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48 500 059,47 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 20,29 manat olan 2 390 343 səhm əsasında formalaşıb.

Səhmlərin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə, 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta" ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə digər fiziki şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi