"Rabitəbank"ın aktivləri 43% artıb

"Rabitəbank"ın aktivləri 43% artıb Bakı. 31 oktyabr. REPORT.AZ/ “Rabitəbank” ASC-nin aktivləri illik müqayisədə 42,96% artaraq 2017-ci il oktyabrın 1-nə 730,308 mln. manata yüksəlib. Bu müddətdə kredit portfeli 0,99% azalaraq 198,372 mln. manat olub.
Maliyyə
31 Oktyabr , 2017 18:37
Rabitəbankın aktivləri 43% artıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ “Rabitəbank” ASC-nin aktivləri illik müqayisədə 42,96% artaraq 2017-ci il oktyabrın 1-nə 730,308 mln. manata yüksəlib. Bu müddətdə kredit portfeli 0,99% azalaraq 198,372 mln. manat olub.

“Report” bu barədə Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Bankın cəmi öhdəlikləri 37,94% artaraq 644,623 mln. manat təşkil edib. Bunun da 364,98 mln. manatını müştərilərin cari hesabları, 197,841 mln. manatını müştərilərin müddətli depozitləri əhatə edib. Müştərilərin müddətli depozitlərində illik müqayisədə 7,26% azalma, cari hesablarda 2,4 dəfə artım baş verib.

Bankın səhmdar kapitalı 88,5 mln. manat, cəmi kapitalı 85,685 mln. manat, məcmu kapitalı 104,896 mln. manat təşkil edib.

"Rabitəbank" 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 642 min manat mənfəət əldə edib. Ötən ilin müvafiq dövründə isə Bank 14,187 mln. manat zərər edib. Bu ilin ilk doqquz ayı ərzində Bankın faiz gəlirləri 18,464 mln. manat, faiz xərcləri 10,39 mln. manat, qeyri-faiz gəlirləri 10,61 mln. manat, qeyri-faiz xərcləri 4,033 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi