Bakı. 30 yanvar. REPORT.AZ/ “Rabitəbank” ASC-nin cəmi aktivləri illik müqayisədə 31,7% artaraq 727,241 mln. manat təşkil edib.
“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, ötən il kredit portfeli (müştərilərə verilmiş kreditlər) 14,4% artaraq 234,645 mln. manata yüksəlib.
Hesabat dövründə "Rabitəbank"ın cəmi öhdəlikləri 29,1% artaraq 653,852 mln. manat təşkil edib. İl ərzində müştərilərin cari hesabları 89% artaraq 337,958 mln. manata, müştərilərin müddətli depozitləri isə 5,3% artaraq 237,395 mln. manata yüksəlib.
2017-ci ildə "Rabitəbank"ın nizamnamə kapitalı 82,5% artaraq 88 500 min manat, cəmi kapitalı 60,9% artaraq 73 389 min manat, məcmu kapitalı 51,3% artaraq 92 195 min manat olub.
Bank 2017-ci ildə 11 563 min manat zərər edib ki, bu da 2016-cı illə müqayisədə 10,2% azalma deməkdir.