"Rabitəbank"ın aktivləri 32% artıb

"Rabitəbank"ın aktivləri 32% artıb Bakı. 30 yanvar. REPORT.AZ/ “Rabitəbank” ASC-nin cəmi aktivləri illik müqayisədə 31,7% artaraq 727,241 mln. manat təşkil edib. 
Maliyyə
30 Yanvar , 2018 18:09
Rabitəbankın aktivləri 32% artıb

Bakı. 30 yanvar. REPORT.AZ/ “Rabitəbank” ASC-nin cəmi aktivləri illik müqayisədə 31,7% artaraq 727,241 mln. manat təşkil edib. 

“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, ötən il kredit portfeli (müştərilərə verilmiş kreditlər) 14,4% artaraq 234,645 mln. manata yüksəlib.

Hesabat dövründə "Rabitəbank"ın cəmi öhdəlikləri 29,1% artaraq 653,852 mln. manat təşkil edib. İl ərzində müştərilərin cari hesabları 89% artaraq 337,958 mln. manata, müştərilərin müddətli depozitləri isə  5,3% artaraq 237,395 mln. manata yüksəlib. 

2017-ci ildə "Rabitəbank"ın nizamnamə kapitalı 82,5% artaraq 88 500 min manat, cəmi kapitalı 60,9% artaraq 73 389 min manat, məcmu kapitalı 51,3% artaraq 92 195 min manat olub.

Bank 2017-ci ildə 11 563 min manat zərər edib ki, bu da 2016-cı illə müqayisədə 10,2% azalma deməkdir. 

Son xəbərlər

Orphus sistemi