"Rabitəbank"ın aktivləri 30% artıb

"Rabitəbank"ın aktivləri 30% artıb Bank I yarımillikdə kreditləşməni 12% azaldıb
Maliyyə
25 Avqust , 2016 17:05
Rabitəbankın aktivləri 30% artıb

Bakı. 25 avqust. REPORT.AZ/ "Rabitəbank"ASC-nin aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 30% artaraq cari il iyulun 1-nə 443,365 mln. manata çatıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, bu müddətdə kredit portfeli 12% azalaraq 192,138 mln. manat olub. Kredit portfelinin 40,6%-i xarici valyutada verilib.

Hesabat dövründə istehlak kreditləşməsi də 26,7% azalaraq 62,542 mln. manat, o cümlədən avtomobil kreditlərinin həcmi 20% azalaraq 7,988 mln. manat təşkil edib. Depozit portfeli 32% artaraq 300,831 mln. manata, o cümlədən əhalinin əmanətləri 26,8% artaraq 202,670 mln. manata yüksəlib. Əmanətlərin 88,7%-i xarici valyutada yerləşdirilib.

Cari il iyulun 1-nə Bankın nizamnamə kapitalı dəyişməyərək 48,5 mln. manat, məcmu kapitalı 8,8% azalaraq 58,284 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi