​"Rabitəbank" ilk yarımilliyi 2,4 mln. manat mənfəətlə yekunlaşdırıb

​"Rabitəbank" ilk yarımilliyi 2,4 mln. manat mənfəətlə yekunlaşdırıb ​"Rabitəbank" ilin əvvəli ilə müqayisədə depozitlərini 40%, məcmu kapitalı isə 7% artırıb
Maliyyə
28 İyul , 2015 15:35
​Rabitəbank ilk yarımilliyi 2,4 mln. manat mənfəətlə yekunlaşdırıb

Bakı. 28 iyul. REPORT.AZ/ Cari ilin ilk yarısında "Rabitəbank" ASC-də yerləşdirilən depozitlərin həcmi 40% artaraq iyulun 1-nə 239 mln. manat, məcmu kapitalı 7%-dək artaraq 63 mln. manat, aktivləri 6% artaraq 340 mln. manat təşkil edib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, bu göstəricilərlə yanaşı, bank ilk iki rübü 2,41 mln. manat mənfəətlə yekunlaşdıra bilib.

Qeyd edək ki, 1993-cü ildə fəaliyyətə başlayan "Rabitəbank" ASC hazırda ölkənin əksər regionlarında fəaliyyət göstərən 2 şöbə və 22 filial şəbəkəsi vasitəsilə 60 min nəfərə yaxın aktiv müştəriyə müxtəlif növ kreditlər, geniş çeşiddə plastik kartlar, əmanətlər, sürətli pul köçürmələri və digər maliyyə xidmətləri təqdim edir.

Son xəbərlər

Orphus sistemi