"Rabitəbank" I rübü mənfəətlə yekunlaşdırıb

"Rabitəbank" I rübü mənfəətlə yekunlaşdırıb Bakı. 24 aprel. REPORT.AZ/ “Rabitəbank” ASC-nin aktivləri illik müqayisədə 33% artaraq 2018-ci il aprelin 1-nə 664 978 min manata çatıb.
Maliyyə
24 Aprel , 2018 17:38
Rabitəbank I rübü mənfəətlə yekunlaşdırıb

Bakı. 24 aprel. REPORT.AZ/ “Rabitəbank” ASC-nin aktivləri illik müqayisədə 33% artaraq 2018-ci il aprelin 1-nə 664 978 min manata çatıb.

“Report” bu barədə Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə Bankın kredit portfeli 29% artmaqla 246 123 min manat təşkil edib.

2018-ci il aprelin 1-nə Bankın cəmi öhdəlikləri 578 195 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28% artım deməkdir. Hesabat dövründə Bankın depozit portfeli illik 42% artaraq bu il aprelin 1-nə 500 843 min manata yüskəlib. Bildirək ki, bunun da 217 812 min manatını müştərilərin müddətli depozitləri əhatə edib. 2018-ci il aprelin 1-nə Bankın nizamnamə kapitalı 101 300 manat, cəmi kapitalı 86 783 min manat, məcmu kapitalı 104 774 min manat təşkil edib.

Bank bu ilin birinci rübündə 102 min manat mənfəət əldə edib ki, bu da illik müqayisədə 4,4 dəfə azdır. Bu ilin birinci rübündə Bankın faiz gəlirləri 8 910 min manat, qeyri-faiz gəlirləri 2210 min manat, faiz xərcləri 3 709 min manat, qeyri-faiz xərcləri 1 833 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi