“Rabitəbank” dollar əmanətlərini ucuzlaşdırıb

“Rabitəbank” dollar əmanətlərini ucuzlaşdırıb Bakı. 27 mart. REPORT.AZ/ “Rabitəbank” ASC müştərilərdən ABŞ dolları ilə qəbul etdiyi əmanətlər üzrə illik faiz dərəcəsini azaldıb.Bu barədə "Repor...
Maliyyə
27 Mart , 2017 17:29
“Rabitəbank” dollar əmanətlərini ucuzlaşdırıb

Bakı. 27 mart. REPORT.AZ/ “Rabitəbank” ASC müştərilərdən ABŞ dolları ilə qəbul etdiyi əmanətlər üzrə illik faiz dərəcəsini azaldıb.

Bu barədə "Report" Banka istinadən xəbər verir.

Məlumata görə, hazırda "Rabitəbank"da dollarla 1 il müddətinə yerləşdirilən əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 2,5-3% divident ödənilir. İndiyə qədər bu göstərici 3-4% olub.

Bankın Azərbaycan manatı və avro ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik olmayıb.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48 500 059,47 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 20,29 manat olan 2 390 343 səhm əsasında formalaşıb. Səhmlərin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə, 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta" ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə digər fiziki şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi