“Rabitəbank”da kadr dəyişikliyi olub

“Rabitəbank”da kadr dəyişikliyi olub Bankın baş direktoru İdarə Heyəti sədrinə müşavir təyin edilib
Maliyyə
6 Dekabr , 2016 10:12
“Rabitəbank”da kadr dəyişikliyi olub

Bakı. 6 dekabr. REPORT.AZ/ “Rabitəbank” ASC-nin İdarə Heyəti sədrinə müşavir təyin edilib. "Report" xəbər verir ki, bu vəzifəyə Eldar Ağayev gətirilib.

O, indiyə qədər Bankın baş direktorlarından biri olub.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48 500 059,47 manatdır. Bankın səhmlərinin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta" ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə 12 hüquqi şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi