"Rabitəbank" bəzi kart sahiblərinə pulsuz xidmətlər təqdim edib

"Rabitəbank" bəzi kart sahiblərinə pulsuz xidmətlər təqdim edib Kampaniya yalnız aprelin 1-dən etibarən əldə olunan kartlara şamil olunur
Maliyyə
4 Aprel , 2016 15:49
Rabitəbank bəzi kart sahiblərinə pulsuz xidmətlər təqdim edib

Bakı. 4 aprel. REPORT.AZ/ “Rabitəbank” ASC aprelin 1-dən etibarən bütün "MasterCard Gold", "Visa Gold" və "MasterCard Platinum" kartlarını əldə edən müştərilərinə yeni kampaniya təklif edib. Bu barədə “Report”a Bankın mərkəzi ofisindən məlumat verilib.

Belə ki, "MasterCard Gold" və "Visa Gold" sahibləri “Mobil-Bankçılıq” və "Pin-Dəyişmə" xidmətləri, “MasterCard Platinum” sahibləri isə “Mobil-Bankçılıq”, “Pin-Dəyişmə” və “SMS Nəzarət” xidmətlərindən pulsuz faydalana bilərlər.

Kampaniya 2016-cı ilin sonuna kimi davam edəcək.

Qeyd edək ki, kampaniya yalnız aprelin 1-dən etibarən əldə olunan kartlara şamil olunur.

Xatırladaq ki, hazırda "Rabitabank ASC"nin 22 filialı və 1 şöbəsi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində,16-sı isə Xırdalan, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir. Eləcə də, "Rabitəbank" Bakıda və regionlarda öz bankomat şəbəkəsini genişləndirməkdə davam edir. Hazırda “Rabitəbank” 53 bankomatdan ibarət şəbəkəyə malikdir.

Son xəbərlər

Orphus sistemi