"Rabitəbank" avtomobil kreditləşməsini artırıb

"Rabitəbank" avtomobil kreditləşməsini artırıb Bankda problemli kreditlərin həcmi artıb
Maliyyə
15 May , 2015 10:01
Rabitəbank avtomobil kreditləşməsini artırıb

Bakı. 15 may. REPORT.AZ/ "Rabitəbank" ASC-nin aktivləri illik müqayisədə 19,32% artaraq 2015-ci il aprelin 1-nə 322,3 mln. manata çatıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, aktivlərin strukturunda 17,6 mln. manat (5,46%) nağd vəsaitlərin payına düşüb ki, bunun da 5,6 mln. manatı (1,74%) xarici valyutada olub.

Hesabata əsasən, Bankın kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 26,44% artaraq bu ilin aprelin 1-nə 231,6 mln. manata yüksəlib. Kreditlərin 23%-i xarici valyutada, 77%-i milli valyutada verilib.

İstehlak kreditləşməsində isə ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunub. İstehlak kreditlərinin həcmi 5,7% azalaraq 84,5 mln. manata düşüb. Avtomobil kreditləri isə 2,5 dəfə artaraq 8,5 mln. manata çatıb.

Kredit portfelinin 4,8%-nin və ya 11,1 mln. manatının ödəniş vaxtı keçib. Hesabata əsasən, vaxtı keçmiş kreditlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,68% artım nümayiş etdirib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə problemli kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi 3,9% təşkil edib.

Depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,84% artaraq aprelin 1-nə 213,0 mln. manat təşkil edib. Depozit portfelinin 103,3 mln. manatını (48,5%) xarici valyutada, 109,6 mln. manatını (51,5%) milli valyutada depozitlər əhatə edib.

Əhalinin əmanətləri də ötən ilin eyni dövrü ilə müqayisədə 31,7% artaraq 163,3 mln. manata yüksəlib. Əhalinin əmanətlərinin 80,4 mln. manatı (49,2%) milli, 82,9 mln. manatı (50,8%) xarici valyutada yerləşdirilib. Bildirək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə milli valyutada əmanətlər 15,2% azalıb, xarici valyutada isə 2,85 dəfə artıb. 

Qeyd edək ki, 2015-ci il aprelin 1-nə "Rabitəbank"ın nizamnamə kapitalı 48,5 mln. manat, məcmu kapitalı 59,6 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi