"Rabitəbank"ın aktivləri bu il 34% artıb

"Rabitəbank"ın aktivləri bu il 34% artıb Bankda əhali əmanətlərinin 82%-i xarici valyutada yerləşdirilib
Maliyyə
30 Oktyabr , 2015 14:45
Rabitəbankın aktivləri bu il 34% artıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ "Rabitəbank" ASC-nin aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 34,34% artaraq cari ilin oktyabrın 1-nə 349,9 mln. manata çatıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat dövründə kredit portfeli 8,13% artaraq 216,0 mln. manata yüksəlib. Kreditlərin 66,6%-i milli valyutada verilib. Bildirək ki, hesabat dövründə xarici valyutada verilən kreditlər 2,4 dəfə artıb, milli valyutada isə əskinə, 15% azalma müşahidə olunub və müvafiq olaraq 72,2 mln. manat və 143,8 mln. manat təşkil edib.

Depozit portfeli 26,31% artaraq 216,7 mln. manat təşkil edib. Bunun da 73,5%-i xarici valyutada yerləşdirilən depozitlərin payına düşüb. Xarici valyutada depozitlər 3,7 dəfə artaraq 159,3 mln. manat, milli valyutada 55,2% azalaraq 57,4 mln. manat təşkil edib.

Bankda saxlanılan əhalinin əmanətləri illik müqayisədə 20,2% artaraq oktyabrın 1-nə 158,2 mln. manat təşkil edib ki, bunun da 130,6 mln. manatı və ya 82,6%-i xarici, 17,4%-i və ya 27,5 mln. manatı milli valyutada yerləşdirilib. Hesabat dövründə milli valyutada əmanətlərin həcmi 72,3% azalıb xarici valyuatada isə 4,1 dəfə artıb.

Qeyd edək ki, 2015-ci il oktyabrın 1-nə "Rabitəbank"ın nizamnamə kapitalı 48,5 mln. manat, məcmu kapitalı 64,7 mln. mamnat təşkil edib.

Son xəbərlər

Orphus sistemi