Qorunan əmanətçilərin ADIF-dən 26,8 mln. manat alacağı var

Qorunan əmanətçilərin ADIF-dən 26,8 mln. manat alacağı var Azad Cavadov: "Hazırda 10 bankın ləğv edilməsi ilə məşğuluq"
Maliyyə
18 Aprel , 2017 11:07
Qorunan əmanətçilərin ADIF-dən 26,8 mln. manat alacağı var

Bakı. 18 aprel. REPORT.AZ/ Ləğvetmə prosesində olan kommersiya banklarının qorunan əmanətçilərinin Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADIF) 26,837 mln. manat alacağı var.

“Report”un məlumatına görə, bu barədə keçirdiyi mətbuat konfransında ADIF-in icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, bu məbləğ 176 minə yaxın fiziki şəxsə məxsusdur: “Amma onların əksəriyyətinin pulu kiçik məbləğlərdir. Odur ki, gəlib pullarını götürmürlər”.

A.Cavadov ləğvetmə prosesində olan öhdəliklərinin məbləğini də açıqlayıb: “Hazırda 10 bankın ləğv edilməsi ilə məşğuluq. Çünki “Parabank” ASC ilə bağlı bu proses yekunlaşıb. Bu 10 bankın 2,9 mlrd. manatlıq öhdəliyi var”. 

Son xəbərlər

Orphus sistemi