Yuxarı
    Bağlamaq

    Qlobal qızıl bazarında tələbat 8 illik minimuma enib

    Rusiya, Türkiyə və Qazaxıstan məcmu tələbin 90%-dən çoxunu təmin edib

    Bakı. 9 noyabr. REPORT.AZ/ Qlobal qızıl tələbi illik müqayisədə 9% azalaraq son 8 ilin minimumuna enib. "Report" Dünya Qızıl Şurasının son hesabatına istinadən xəbər verir ki, III rübdə qızıla tələbat 915 tona (29,42 mln. unsiya) geriləyib. Yanvar-sentyabr aylarında isə azalma illik müqayisədə 12% təşkil edib.

    Hesabatda bildirilir ki, III rübdə qızıla əsaslanan investisiya fondlarına yatırımlar keçən ilin analoji dövrü ilə müqayisədə 7,6 dəfə azalaraq 18,9 ton təşkil edib. Mərkəzi bankların qızıl ehtiyatları isə illik müqayisədə 25% artaraq 111 ton və ya 3,57 mln. unsiya təşkil edib. Rusiya, Qazaxıstan və Türkiyə III rübdə məcmu qızıl tələbatının 90%-dən çoxunu təmin edib.

    Qızıla tələbatın azalmasına əsas səbəb isə Hindistan olub. Bu ölkənin III rübdə qızıl tələbi illik müqayisədə 25% azalaraq 114,9 tona və ya 3,7 mln. unsiyaya geriləyib.

    Məcmu qızıl təklifi isə hesabat dövründə 2% azalaraq 1 146 tona və ya 36,85 mln. unsiyaya enib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi