Qlobal neft sektorunun illik gəliri 1,7 trln. dollara yüksəlib

Qlobal neft sektorunun illik gəliri 1,7 trln. dollara yüksəlib Neft bazarı qızıl bazarından 10 dəfə böyükdür
Maliyyə
26 Oktyabr , 2016 20:18
Qlobal neft sektorunun illik gəliri 1,7 trln. dollara yüksəlib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Neftin qiymətinin 50 dollar/barelə yaxınlaşması "qara qızıl" sektorunun illik satış həcminin 1,7 trln. ABŞ dollarına çatmasına səbəb olub. 

"Report" xəbər verir ki, neft sektorunun gəlirləri digər metal və mineral xammallarının məcmu satışından 3 dəfə çoxdur. Neft sektorunu ən bahalı və likvid xammal sayılan qızıl bazarı ilə müqayisə etsək, fərqin 10 qat olduğu ortaya çıxır. Dəmir bazarının həcmi isə cəmi 115 mlrd. dollar təşkil edir və neft bazarından 15 dəfə azdır.

Neft hasilatçıları ildə 34 mlrd. barel neft hasil edərək təqribən 94 mln. barel olan gündəlik neft tələbini təmin edirlər. Bu, dünyanın funksiyasını davam etdirməsi üçün neftə olan minimal tələbdir. Hazırda neft, qida və dərman preparatlarından sonra ən önəmli əmtəə hesab olunur. 

Son xəbərlər

Orphus sistemi