Yuxarı
    Bağlamaq

    Qlobal korrupsiyanın illik həcmi 2 trln. dollara çatır

    IMF: Korrupsiya iqtisadi qeyri-sabitlik yaradır

    Bakı. 30 may. REPORT.AZ/ Dünya miqyasında korrupsiyanın illik həcmi 1,5-2 trln. ABŞ dolları və ya qlobal iqtisadiyyatda payı 2% təşkil edir. "Report" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) "Korrupsiya: problemin miqyası və zəiflədilməsi strategiyaları" adlı məruzəsində qeyd olunub. 

    Məruzədə, həmçinin bildirilir ki, korrupsiya iqtisadi artıma yavaşladıcı təsir edir, ÜDM artımında müsbət dinamikanın əsas amillərini bloklayıcı rol oynayır. IMF korrupsiyanın iqtisadi qeyri-sabitlik, yüksək inflyasiya, iqtisadiyyatda nisbətən zəif investisiyalara səbəb olduğunu xatırladıb. Antikorrupsiya strategiyaları arasında Fond şəffaflığın yayılması ilə bərabər iqtisadiyyatın korrupsiyaya bulaşmamış sektorlarının qorunmasını tövsiyə edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi