Yuxarı

​Qlobal fond bazarını qiymət böhranı gözləyir

Robert Şiller: Yaxın gələcəkdə qiymətli kağızlar bazarında kəskin ucuzlaşma gözlənilir

Bakı. 1 iyun. REPORT.AZ/ Dünya səhm və istiqraz, həmçinin daşınmaz əmlak bazarlarında mövcud qiymətlər "şişib". "Report" xəbər verir ki, bunu dünyanın məşhur iqtisadçılarından biri, Nobel mükafatı laureatı Robert Şiller bəyan edib.

Alimin fikrincə, istər "Wall Street"də, istərsə də Avropa fond birjalarında səhmlərin kotirovkaları inanılmaz dərəcədə artıb. Ən önəmli məqam isə Çində səhm qiymətlərinin həddindən çox yüksəlməsidir. Belə ki, Çin fond birjasında səhmlərin qiymət/mənfəət əmsalı 375-ə qədər yüksəlib. Qeyd etmək lazımdır ki, Çin fond birjasının indeksı (Shanghai Composite) 2014-cü ilin iyun ayında 2 000-ə bərabər olduğu halda, hazırda 4 800-ə çatıb. Yəni, bir il ərzində indeks 140% və ya 2,4 dəfə artıb.

Ötən il Çin səhmlərinin çox ucuz olduğunu bildirən R.Şiller, 6 ay ərzində vəziyyətin əksinə dəyişdiyini və qiymətlərin çox bahalaşdığını qeyd edib.

R.Şiller dünya miqyasında qiymətlərin bir qədər də artaraq daha da "şişəcəyini" və sonda yaranan bu "köpüyün" partlayacağını bildirib: "Hazırda qlobal qiymətli kağızlar bazarındakı alətlərin məcmu kapitallaşmasının 73 trln. dollar və bunun tarixdə ən yüksək rəqəm olması qiymətlərin yaxın gələcəkdə kəskin enəcəyinə əsas verir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi