Qlobal borc bazarında fəallıq artıb

Qlobal borc bazarında fəallıq artıb Şirkətlərin aylıq borclanma miqdarı 60% artıb
Maliyyə
14 Mart , 2017 14:39
Qlobal borc bazarında fəallıq artıb

Bakı. 14 mart. REPORT.AZ/ İnkişaf etməkdə olan ölkələr qlobal borc bazarında fəallığını artırıb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sabah, martın 15-də uçot dərəcəsinin gözlənilən artımından sonra qlobal maliyyə bazarları il ərzində daha 3 dəfə baza faiz dərəcəsinin artırılmasını proqnozlaşdırır.

Türkiyə bankları, Ukraynanın aqroholdinqi, Nigeriya və Misir dollar istiqrazı bazarında qısa müddətdə borclanma həyata keçirmək istəyir. Borc almaq istəyənlər FED-in uçot dərəcəsini artırmaq qərarlarını sürətləndirməsindən ehtiyat edir. Belə ki, ABŞ istiqrazlarının gəlirliliyi artıq son 3 ayın maksimal həddinə çatıb. Şirkətlər və ölkələr baha qiymətdən borc almaq istəmədiklərinə görə tələsməyə başlayıb.

ABŞ-ın nüfuzlu "JPMorgan" bankının ekspertləri hesab edirlər ki, bu ilin əvvəlindən martın 8-dək inkişaf etməkdə olan ölkələrin şirkətləri 75 mlrd. dollarlıq istiqraz yerləşdirib. Fevralda bu rəqəm 33 mlrd. dollar təşkil edib və son illərin orta aylıq göstəricisi - 20 mlrd. dolları xeyli üstələyib. Ölkələrin yerləşdirdiyi suveren istiqrazların həcmi hesabat dövründə 38,5 mlrd. dollar təşkil edib ki, bunun da 7 mlrd. dolları Argentina, 3 mlrd. dolları isə Türkiyəyə aid olub.

Son xəbərlər

Orphus sistemi