Yuxarı
    Bağlamaq

    ​QKDK ilə Qərb Universiteti arasında əməkdaşlıq sənədi imzalanıb

    Əməkdaşlıq çərçivəsində müştərək layihələrin həyata keçirilməsi nəzərdə tutulub

    Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Kapital Bazarı üzrə Təlim Mərkəzi (KBTM) və Qərb Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə “Report”a QKDK-nın ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

    Memorandumda KBTM ilə Qərb Universiteti arasında bir sıra istiqamətlər üzrə davamlı əməkdaşlıq çərçivəsində elmi-praktik konfransların, seminarların, habelə qiymətli kağızlar bazarına dair bilik və məlumatların ötürülməsi üçün təlimlərin təşkil olunması nəzərdə tutulub.

    İmzalanma mərasimində birgə əməkdaşlıq çərçivəsində müştərək layihələrin həyata keçirilməsi ilə bağlı tədbirlərin əlaqələndirilməsi, kapital bazarı üzrə tədrisin təşkili, avtomatlaşdırılmış maliyyə əməliyyatlarına dair bilik bazasının formalaşdırılması, həmçinin gələcək qarşılıqlı tərəfdaşlığın faydaları müzakirə olunub.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi