Yuxarı
    Bağlamaq

    ​QKDK-da kollegiya iclası keçirilib

    Azərbaycanda korporativ qiymətli kağızlar bazarının həcmi 30%-i ötüb

    Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) 2014-cü ilin 9 ayı ərzində fəaliyyətin yekunlarına və Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramının (2011-2020-ci illər) icra statusunun müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Bu barədə "Report"a QKDK-nin ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

    İclası giriş sözü ilə açan QKDK-nın sədri Rüfət Aslanlı 2014-cü ilin 9 ayı ərzində dünya iqtisadiyyatında hökm sürən tərəddüdlər fonunda Azərbaycanda iqtisadi artım tempinin davam etdiyini, kapital bazarlarında yüksək artım dinamikasının müşahidə edildiyini, maliyyə sektorunun mühüm seqmentlərindən biri kimi qiymətli kağızlar bazarında müşahidə edilən pozitiv kəmiyyət göstəricilərinin keyfiyyət elementləri ilə gücləndiyini, korporativ qiymətli kağızlar bazarının həcminin isə 30%-i ötdüyünü diqqətə çatdırıb.

    R.Aslanlı hesabat dövrü ərzində Azərbaycan prezidentinin 16 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş Qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramının (2011-2020-ci illər) icrasının təmin edilməsi məqsədi ilə Komitə tərəfindən qiymətli kağızlar bazarının institusional inkişaf səviyyəsinin yüksəldilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi