Yuxarı

Dünya bazarında qızıl ucuzlaşıb

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1387-yə çatıb

Bakı. 20 fevral.REPORT.AZ/ Fevralın 19-də Amerika fond bazarında Dow Jones indeksində 0,24% azalma müşahidə edilib və 17985,77 bənd təşkil edib. S&P 500 0,11% azalaraq 2 097,45 bənd, Nasdaq isə 0,37% artaraq 4 924,70 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,13% azalaraq 6 888,90 bənd, Almaniya DAX-ı 0,37% bahalaşaraq 11 001,94 bənd, Fransa CAC-40-ı isə 0,71% artaraq 4 833,28 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,64% ucuzlaşaraq 1 207,90 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1387 (+0,1%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi