Yuxarı

Qızılın unsiyası 24 dollar bahalaşıb

Qızılın qiyməti 1 257 dollar olub

Bakı. 17 mart. REPORT.AZ/ Martın 16-da Amerika fond bazarında "Dow Jones" indeksi 0,43% bahalaşaraq 17 325,76 bənd, "S&P 500" 0,56% artaraq 2 027,22 bənd, "Nasdaq" isə 0,75% irəliləyərək 4 763,97 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,58% bahalaşaraq 6 175,49 bənd, Fransa CAC-40-ı 0,22% azalaraq 4 463,00 bənd, Almaniya DAX-ı isə 0,50% irəliləyərək 9 983,41 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 24,6 dollar yaxud 2,00% bahalaşaraq 1 257,80 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1219 (+1,07%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi