Qızılın ucuzlaşması davam edir

Qızılın ucuzlaşması davam edir Avronun dollara qarşı məzənnəsi isə 1,0871-ə düşüb
Maliyyə
5 Noyabr , 2015 09:27
Qızılın ucuzlaşması davam edir

Bakı. 5 noyabr. REPORT.AZ/ Noyabrın 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,28% ucuzlaşaraq 17 867,58 bənd, S&P 500 0,35% azalaraq 2 102,31 bənd, Nasdaq isə 0,05% geriləyərək 5 142,48 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,46% bahalaşaraq 6 412,88 bənd, Fransa CAC-40-ı 0,25% artaraq 4 948,29 bənd, Almaniya DAX-ı isə 0,97% geriləyərək 10 845,24 bənd olub.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 11,6 dollar yaxud 1,04% ucuzlaşaraq 1 109,50 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0871 (-0,74%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi