Qızılın qiyməti yenidən 1300 dollara yaxınlaşır

Qızılın qiyməti yenidən 1300 dollara yaxınlaşır Qiymət 1300 dollar/unsiya həddini keçərsə, qızılın bahalaşması sürətlənə bilər
Maliyyə
5 İyun , 2017 17:10
Qızılın qiyməti yenidən 1300 dollara yaxınlaşır

Bakı. 5 iyun. REPORT.AZ/ Dünya bazarında qızılın qiyməti 1 285 dollar/unsiyaya yüksələrək son 7 həftənin maksimal həddinə çatıb. 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, qızılın qiymətinin yüksəlməsinə səbəb ötən həftənin cümə günü, iyunun 2-də ABŞ-da açıqlanan zəif məşğulluq göstəriciləri olub. Nəticədə, ABŞ Federal Ehtiyat Sisteminin bu ilin qalan hissəsində uçot dərəcəsini artırması ehtimalları azalıb. Bu da öz növbəsində risksiz aktiv sayılan qızıla tələbatı artırıb. 

ABŞ-ın "ETF Securities" investisiya şirkətindən Niteş Şax hesab edir ki, qızılın qiymətinin artmasına bir səbəb də son günlər törədilən terror aktlarıdır.

"Report"un analitik qrupu bildirir ki, qızılın qiyməti 1 300 dollar/unsiya səviyyəsini ötərsə, artım tempi sürətlənə bilər. Lakin baza ssenarisi kimi qızılın qiymətinin ucuzlaşması ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi