Yuxarı
    Bağlamaq

    Qızılın qiyməti bir gündə 200 dollar düşə bilər

    İlin sonuna kimi qızıl 1 000 dollar/unsiyaya kimi ucuzlaşa bilər

    Bakı. 25 noyabr. REPORT.AZ/ Dünya bazarında qızılın unsiyasının qiyməti bir gündə 200 dollar düşə bilər. "Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, bu açıqlama ABŞ-ın məşhur "Marketwatch" maliyyə xəbərləri və araşdırma saytı tərəfindən verilib. 

    Saytda dərc olunan araşdırmaya görə, ABŞ-da keçirilən prezident seçkiləri qızıl aktivlərinin satışını başlatsa da, Hindistanda 500 və 100 rupilik əsginasların tədavüldən çıxarılması qızılın qiymətinin düşməsini sürətləndirib. Belə ki, bu ölkənin "kölgə iqtisadiyyatı"nın ümumi iqtisadiyyatın 20-25%-nə çatdığı bildirilir. Bu da qeyri-leqal kapitalın leqallaşdırılması zərurəti yaradıb. Son 50 ildə məhz qeyri-leqal yolla əldə olunmuş 500 və 100 rupilik əsginaslar qızılın alınmasına yönəldılib ki, hazırda bu əsginasların dövriyyədən çıxarılması qızıla tələbatı kəskin azaldıb.

    Qeyd edək ki, Hindistan təxminən 700 ton qızıl idxalı ilə dünyada ilk sıralarda qərarlaşıb. Buna görə də idxalın kəskin azalması qiymətlərə mənfi təsir edib. Hindistan Zərgərlər Assosiasiyasından verilən xəbərə görə, ölkə hökumətinin ümumiyyətlə qızıl idxalını qadağan etməsi barədə şayiələr yayılıb. Ekspertlər isə belə olacağı təqdirdə qızılın unsiyasının qiymətinin bir gündə 200 dollar azalacağını proqnozlaşdırırlar.

    Xatırladaq ki, qızılın unsiyasının qiyməti hazırda 1 185 dollara bərabərdir. İlin əvvəlindən qızılın qiyməti 11,8% artıb. Hazırda qızıl 2016-cı ilin maksimal qiymətindən 190 dollar və ya 13,8%, minimal həddindən isə 11,8% fərqlə satılır. Xatırladaq ki, qızılin qiyməti bu ilin ilk günündən artmağa başlayıb və iyulun 6-da ilin maksimal səviyyəsinə yüksəlib.

    "Report"un analitik qrupu ilin sonuna qədər qızılın unsiyasının 1 000 dollara qədər enəcəyini ehtimal edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi