Bakı. 11 yanvar. REPORT.AZ/ ABŞ-ın aparıcı investisiya bankı “Goldman Sachs” bu il qızılın qiymətinin maksimal həddi ilə bağlı proqnozunu 1425 ABŞ dolları/unsiyaya qaldırıb.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Qeyd edək ki, son 5 ildə qızıl bu qiymətə realizə edilməyib. “Goldman Sachs”ın analitikləri hesab edir ki, artan geosiyasi gərginlik fonunda investisiya aləti kimi qızıla tələbat artacaq və bu, onu kəskin bahalaşdıracaq. Hazırda isə qızılın qiyməti 1 300 dollar civarındadır.