Qızıl yeni ilə artımla başlayıb

Qızıl yeni ilə artımla başlayıb Bu gün Bakı vaxtı ilə 12:00-a əsasən qızıl 1153,90 dollar/unsiyaya çatıb
Maliyyə
3 Yanvar , 2017 13:37
Qızıl yeni ilə artımla başlayıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Comex-də qızılın bir unsiyasının qiyməti əvvəlki qapanışla müqayisədə 2,20 dollar, yaxud 0,19% artaraq bu gün Bakı vaxtı ilə 12:00-a əsasən 1153,90 dollar/unsiyaya çatıb.

"Report"un verdiyi xəbərə görə, qızıl gün ərzində 1 159,10 dollar/ unsiyanı belə görüb.

OCBC iqtisadçısı Barnabas Gan Bloomberg TV-yə açıqlamasında faiz artımlarının dolları daha da gücləndirəcəyini və qızıla təzyiq edəcəyini bildirib.

"2017-ci il böyük ehtimalla qeyri-müəyyənlik ili olacaq. Qızıl üçün ssenarimiz ucuzlaşma şəklində olacaq, ancaq xüsusilə də ilin birinci yarısı üçün qiymətin aşağı düşməsi zəif gedəcək". 

Son xəbərlər

Orphus sistemi