Yuxarı

​Qızıl və avronun ucuzlaşması davam edir

Qərb indekslərinin artımı da davam edir

Bakı. 15 aprel. REPORT.AZ/ Aprelin 14-də Amerika fond bazarında "Dow Jones" indeksi 0,10% bahalaşaraq 17 926,43 bənd, "S&P 500" 0,02% artaraq 2 082,78 bənd, "Nasdaq" isə 0,03% geriləyərək 4 945,89 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,03% bahalaşaraq 6 365,10 bənd, Fransa CAC-40-ı 0,47% artaraq 4 511,51 bənd, Almaniya DAX-ı isə 0,67% irəliləyərək 10 093,65 bənd olub.

Bu gün COMEX-də qızılın bir unsiyasının qiyməti 0,45% ucuzlaşaraq 1 230,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1259 (-0,06%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi